...

Bakıda Bank VTB-nin Müşahidə Şurasının iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2014 18:04 (UTC +04:00)
Bakıda keçirilən iclas Bank VTB ASC-nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclasdır.
Bakıda Bank VTB-nin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Bakıda Bank VTB ASC-nin Müşahidə Şurasının iclası keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Trend-ə verilən məlumata görə, Bakıda keçirilən iclas Bank VTB ASC-nin tarixində Müşahidə Şurasının Rusiya Federasiyasından kənarda keçirdiyi ilk iclasdır.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak edib.

İclasda bankın fəaliyyətinə dair müxtəlif məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti