...

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan bankına 7 milyon dollar vəsait ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 17:17 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Turanbank” ASC-yə mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramının genişləndirilməsi məqsədilə 7 milyon dollar vəsait ayırmağı planlaşdırır.
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan bankına 7 milyon dollar vəsait ayıracaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Turanbank" ASC-yə mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramının genişləndirilməsi məqsədilə 7 milyon dollar vəsait ayırmağı planlaşdırır. Bu barədə Trend korporasiyanın rəsmi saytına istinadən məlumat verir.

IFC Direktorlar Şurasının krediti noyabrın 21-də bəyənəcəyi gözlənilir.

Məlumata görə, kredit Azərbaycanın qeyri-neft sektorunun dəstəklənməsi, bankın şaxələndirilməsi üzrə səylərinin və fond bazasının artırılması, məhdud maliyyələşdirmə imkanları dövründə aktivlərin və passivlərin idarə edilməsinin yaxşılaşdırılması, eləcə də bankın mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə verilir.

Qeyd edək ki, bu il "Turanbank" mikromaliyyələşdirməni genişləndirmək üçün 13,5 milyon dollar xarici borc cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti