...

Şahin Mustafayev vətəndaşları Ağsuda qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2014 13:59 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Ağsuda vətəndaşları qəbul edəcək
Şahin Mustafayev vətəndaşları Ağsuda qəbul edəcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Oktyabrın 27-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağsuda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 252) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Dağlıq Şirvan regional bölməsi (ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu: (02026) 5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti