...

Elman Rüstəmov: Neftin qiymətinin azalması Azərbaycan iqtisadiyyatına təhlükə törətmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2014 19:44 (UTC +04:00)
Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi tendensiyası və Rusiya əleyhinə sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə törətmir.
Elman Rüstəmov: Neftin qiymətinin azalması Azərbaycan iqtisadiyyatına təhlükə törətmir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi tendensiyası və Rusiya əleyhinə sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə törətmir. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Xəzər Avropa Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı xarici amillərə qarşı olduqca davamlıdır: "Hazırda neftin qiymətinin azalması tendensiyası davam edir. Buna baxmayaraq, bu amil ölkə iqtisadiyyatına minimum təsir göstərə bilər, buna səbəb isə 2014-cü ildə neftin orta hesabla qiymətinin 103-104 dollar təşkil etməsidir. Ölkədə makroiqtisadi sabitlik, ÜDM-in 74 faizi həcmində strateji valyuta ehtiyatları və dövlət borcunun minimum səviyyəsi belə şəraitdə manevr etməyə imkan verir".

AMB sədri qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, gələn il neftin orta hesabla qiyməti 99,5 dollar təşkil edəcək, hərçənd Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində qiymət 1 barelə görə 90 dollar səviyyəsində nəzərdə tutulub. Bu ilin büdcə proqnozları 1 barel/100 dollar səviyyəsində formalaşdırılıb.

E.Rüstəmov əlavə edib ki, Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsir dərəcəsi çox aşağıdır: "Azərbaycan bu sanksiyaların ən az təsir edəcəyi ölkələr sırasındadır, çünki ölkənin Rusiya iqtisadiyyatından asılılığı 3 faizdən azdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti