...

Bakıda süni adaların inşasında Çexiya şirkəti də iştirak edəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 16:16 (UTC +04:00)
Çexiyanın iri tikinti şirkəti PSJ Bakı akvatoriyasındakı süni adalarda şəhərin tikintisində iştirak edəcək.
Bakıda süni adaların inşasında Çexiya şirkəti də iştirak edəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:27-də yayılıb)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Çexiyanın iri tikinti şirkəti PSJ Bakı akvatoriyasındakı süni adalarda şəhərin tikintisində iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə "Prague Post" agentliyi "Hospodářske noviny" qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, PSJ və "Khazar Islands" arasında imzalanmış müqavilənin dəyəri 395 milyon avrodur.

PSJ layihənin reallaşdırılması çərçivəsində 4 yaşayış binası tikəcək. Onlardan birincisinin tikintisi 2015-ci ilin yazında başlayacaq.

PSJ-nin ixrac bölməsinin direktoru Yaroslav Yirkovski bildirib: "Biz 4 binanın tikilməli olduğu ada üzrə müqavilə bağladıq. Hazırda onlardan birincisinin maliyyələşdirilməsini təmin etməyə çalışırıq. Həmin bina təqribən 100 milyon avro dəyərində olacaq".

Qeyd edək ki, yeni şəhər Bakıdan 25 kilometr cənubda 41 süni adada tikilir. Şəhər 1 milyon sakin üçün hesablanıb. Layihə çərçivəsində başlanılan tikintinin 2025-2026-cı illərdə başa çatacağı gözlənilir. "Khazar Islands"da dünyanın ən hündür (1050 metr) binaları olacaq.

"Khazar Islands" layihəsinin dəyəri ilkin olaraq 100 milyard dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti