...

Bakı-Tbilisi-Qars TRACECA dəhlizi üçün nəqliyyat birləşməsidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 18:05 (UTC +04:00)
Bu ay Azərbaycanın paytaxtı Bakı şəhərində “Bakı-Tbilisi-Qars dəmiryolu xətti – tarixi İpək yolunun yeni inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakı-Tbilisi-Qars TRACECA dəhlizi üçün nəqliyyat birləşməsidir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu ay Azərbaycanın paytaxtı Bakı şəhərində "Bakı-Tbilisi-Qars dəmiryolu xətti - tarixi İpək yolunun yeni inkişaf imkanları" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi TRACECA nəqliyyat proqramı çərçivəsində sözügedən layihənin irəliləməsinə həsr olunub. Konfransda region ölkələrin, Avropa və Asiyanın nazirləri, beynəlxalq təşkilatların və maliyyə institutlarının aparıcı nümayəndələri iştirak edib.

Bu dəmiryol daha əlverişli tranzit variantı, həmçinin Xəzər və Qara dənizləri arasında qısa nəqliyyat qolu olduğundan, Qərblə Şərqin və bir sıra şimali və cənubi ölkələr arasında kəsişmədə alternativ yaradacaq.

Dəmiryol xətti Cənubi Qafqazı Türkiyə ilə birləşdirəcək. Bu isə öz növbəsində, Aİ və bir sıra Aralıq dənizi ölkələrinin dəmiryol şəbəkəsinə fiziki yol açacaq. Sözügedən marşrut Mərkəzi Asiyadan yükdaşımanı, ilk növbədə, Aralıq dənizində Türkiyə limanlarınadək və daha sonra dünya bazarlarına neft və neft məhsullarının daşınmasını təmin edəcək.

Konfransda çıxış edən TRACECA-nın baş katibi Eduard Biryukov qeyd edib ki, TRACECA ölkələrinin səyləri beynəlxalq daşıma rejimi ilə hərəkət edən yüklərin maneəsiz daşınması üçün lazımi şəraitin yaradılmasına, həmçinin gömrük rəsmiləşdirilməsi və tranzit prosedurlarının harmonizasiyası üzrə milli qanunvericilik çərçivəsində qarşılıqlı dəstəklənməsinin təmin edilməsinə yönəlib.

E.Biryukov konfrans iştirakçılarını ticarət marşrutlarının gələcək genişləndirmə perspektivinin mövcudluğu və bir-birinə çox yaxın nəqliyyat növlərinin istifadəsi ilə Xəzər və Qara dənizlərində konteyner daşımalarının inkişafı barədə məlumatlandırıb. Bu məqsədlə proqram çərçivəsində Qara və Xəzər dənizlərində dəmiryol-bərə komplekslərinin istismarına dair saziş hazırlanır. Bu texniki normalar və prinsiplərin həyata keçirilməsi ölkələrə nəqliyyat infrastrukturundan, limanlardan və dəmiryol birləşmələrindən istifadə etmək imkanını yaradacaq.

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) - Aİ və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada tərəfdaş ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Əməkdaşlıq dəniz, hava, avtomobil, dəmiryol nəqliyyatının etibarlığını və nəqliyyat infrastrukturunu əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti