...

Mərkəzi Bank tədqiqat konfransı təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 18:54 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə bu gün “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb.
Mərkəzi Bank tədqiqat konfransı təşkil edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə bu gün "İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri" mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, iki gün davam edəcək konfransda ümumilikdə 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sferasının nümayəndələri iştirak edirlər.

Tədbiri Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev çıxış niqti ilə açaraq dünyada makroiqtisadi siyasət sahəsində son meyillər barədə təqdimat edib.

Konfransda professor Coşua Ayzenman (ABŞ-ın Kaliforniya Universiteti) və professor Refet Gürkaynak (Türkiyənin Bilkent Universiteti) tərəfindən günün məruzələri edilib.

Daha sonra sessiyalar üzrə post-böhran dövründə qlobal tarazlığın bərpası və makroiqtisadi çağırışlar, inkişaf etməkdə olan ölkələrdə monetar siyasət çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsi kimi məsələlər ətrafında təqdimatlar edilib və müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti