...

“Baku HR Experience 2” tədbirinə qeydiyyat sona çatır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2014 11:11 (UTC +04:00)
“Baku HR Experience 2” tədbirinə qeydiyyat sona çatır
“Baku HR Experience 2” tədbirinə qeydiyyat sona çatır (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bu payızın İR və Menecment sahəsində önəmli tədbiri olan "Baku HR Experience 2" tədbirinə çox az qalıb. Təşkilatçıların bildirdiyinə görə bugün qeydiyyat üçün son gündür.
Tədbir 6 - 7 Noyabr tarixlərində "Four Seasons Baku" Mehmanxanasında P World və tədbirin Platinum Sponsoru olan "NAR Mobile" tərəfindən həyata keçiriləcəkdir. Eyni zamanda, Paşa Bank tədbirin "Ən Yaxşı İşəgötürən" və Firewoks Azerbaijan "Rəsmi İnsan Resursları Tərəfdaşı" qismində çıxış edir.

Spikerlər siyahısında Diaa Mohamed - HP şirkətinin İR şöbəsinin hazırki Vitse-Prezidenti və British Petroleum və Motorola kimi şirkətlərin İR şöbələrinin sabiq rəhbəri; Anne Morison - BAFTA-nın yeni təyin olunmuş Sədri və BBC Akademiyasının sabiq Direktoru; Sebastien Terral - Hertz şirkətinin Təhsil və Təşkilati Mədəniyyət bölməsinin Rəhbəri, Xavier Molinie - Dell şirkətinin İR üzrə sabiq İcraçı Direktoru, JCDecaux şirkətinin sabiq İR Direktoru kimi bir çox digər tanınmış mütəxəssislərin adları yer alıb.

Bunlardan əlavə, konfransın ən çox gözlənilən spikeri Facebook (EMEA) korporasiyasının Təhsil və İnkişaf Departamentinin Sədri Jeff Turnerdir. O Facebook korporasiyasından Qafqaz regionunda çıxış edəcək ilk top-menecerdir. Bakıya gəlməzdən əvvəl Turner bəyan edib: "Mən Bakının fotoşəkilləri ilə tanış olmuşam və şəhər çox fantastik təsir bağışlayır. Öz çıxışım zamanı, Facebook-da təhsil və inkişaf çərçivəsində nələr etdiklərimizdən söz açacam, ümidvaram bu maraqlı müzakirə və debatlara yol açacaq. Səbirsizliklə qısamüddətli səfərimin başlamasını gözləyirəm. Mən, həmçinin ümidvaram ki, siz mənim çıxışımı bəyənəcəksiniz, və məni yenə dəvət edəcəksiniz!".

"İnsan resursları sahəsindəki beynəlxalq tendensiyaların müzakirə olunduğu və ən iri dünya şirkətlərinin nümayəndələrinin qatıldıqları bu mötəbər tədbir artıq "Azerfon" şirkəti üçün xoş bir ənənəyə çevrilib. Keçən il olduğu kimi bu il də şirkətimiz "Baku HR Experience" beynəlxalq konfransının baş sponsoru olaraq bu tədbirdə aktiv iştirak edir. Bizim əsas məqsədimiz "Azerfon" şirkətinin insan resursları sahəsində əldə etdiyi nailiyyətləri dünyanın aparıcı şirkətləri ilə bölüşmək, eyni zamanda beynəlxalq təcrübədən maksimum yararlanmaqdır", - deyə "Azerfon" şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva Azərbaycanda ikinci dəfə keçiriləcək bu beynəlxalq konfransla bağlı öz fikirlərini bölüşüb.

Tədbirin media tərəfdaşları: trend.az, day.az, Boutique Baku jurnalı və Georgia Today.
Tədbir haqqında daha çox məlumatı rəsmi veb səhifəmizdən əldə edə bilərsiniz: http://www.thepworld.com/pevents/event/81/baku-hr-experience-2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti