...

"Trust Asset Management" Azərbaycanda müddətsiz lisenziya aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2014 16:26 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Trust Asset Management” Məhdud Məsuliyyətli Cəmiyyətinə aktivlərin idarə olunması üzrə fəaliyyətlə məşğul olmaq üçün müddətsiz yeni lisenziya verilib.
"Trust Asset Management" Azərbaycanda müddətsiz lisenziya aldı

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Trust Asset Management" Məhdud Məsuliyyətli Cəmiyyətinə aktivlərin idarə olunması üzrə fəaliyyətlə məşğul olmaq üçün müddətsiz yeni lisenziya verilib. Bu barədə Trend QKDK-nın rəsmi saytına istinadən məlumat verir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

"Trust Asset Management" MMC 2014-cü il iyulun 22-də Azərbaycanın Vergilər Nazirliyində qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalında ilkin kapitalın təmin olunması üçün 500 min manat sərmayə qoyulub. Şirkətin direktoru "Azersun Holding" MMC-nin baş direktoru Əhməd Emandır.

Müşahidə Şurasına holdinqin İdarə Heyətinin sədri Əbdülbari Gözəl, holdinqin baş direktorunun müavini Nazim Quliyev daxildir.

MMC müxtəlif tip qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) və başqa aktivlərin peşəkar idarə edilməsini təmin etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti