...

Bank VTB Bakıda daha bir filial açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2014 18:14 (UTC +04:00)
Bank VTB (Azərbaycan) sayı sürətlə artan müştərilərinə operativ bank xidmətləri göstərmək məqsədi ilə Bakı şəhərində daha bir filialını istifadəyə verib.
Bank VTB Bakıda daha bir filial açdı

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bank VTB (Azərbaycan) sayı sürətlə artan müştərilərinə operativ bank xidmətləri göstərmək məqsədi ilə Bakı şəhərində daha bir filialını istifadəyə verib.

Bankdan Trend-ə verilən məlumata görə, oktyabrın 31-də paytaxtın mərkəzi prospektlərindən biri olan Azadlıq prospekti, 18 ünvanında Bank VTB-nin (Azərbaycan) "28 May" filialının rəsmi açılış mərasimi keçirilib. Yeni filial əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

Bankın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı Departamentinin direktoru Zaur Rəsulov təntənəli açılış mərasimində bildirib: "Yeni filialımız şəhərin ən gur hissəsində, "28 May" metrosunun yaxınlığında yerləşir və müştərilərimizə keyfiyyətli bank məhsulları təklif etmək üçün bütün müasir texnologiyalarla təchiz olunub. Digər filiallarda olduğu kimi, yeni filialımızda da istər əhaliyə, istərsə də sahibkarlara geniş çeşiddə bank xidmətləri təqdim etməkdən məmnunluq duyarıq".

Bankın İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru İlqar Novruzov qeyd edib ki, yeni filialların açılması Bank VTB-nin (Azərbaycan) filial şəbəkəsinin genişləndirilməsi strategiyasına əsasən həyata keçirilir: "Yaxın gələcəkdə dinamik inkişaf edən ölkəmizin bir çox bölgəsində yeni filiallar istifadəyə verməyi planlaşdırırıq".

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti