...

SOCAR Energy Georgia şirkəti Gürcüstana 170 min tondan artıq neft məhsulu tədarük edib

Energetika Materials 8 İyun 2009 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir E.İsmayılov /

SOCAR Energy Georgia şirkəti (SOCAR-ın Gürcüstandakı filial müəssisəsi) yanvar-may aylarında Gürcüstan bazarına 171 min ton Azərbaycanda istehsal olunan neft məhsulu tədarük edib. Bu barədə şirkətin başçısı Mahir Məmmədov bildirib.   

"Beş ay ərzində tədarük edilən 171 min ton neft məhsulunun böyük hissəsi benzin və dizel yanacağının payına düşür", - Məmmədov bildirib.

"Yanvar-may aylarında Gürcüstan bazarına 81 min ton benzin və 71 min ton dizel yanacağı satılıb", - Məmmədov deyib. Tədarük edilən neft məhsullarının qalanı isə aviasiya benzini, mazut, maye qaz və digər neft məhsullarının payına düşür.

Gürcüstanda neft məhsullarının orta aylıq satışı təxminən 30-31 min tona bərabərdir.

Məmmədovun əvvəlcədən dediyi kimi SOCAR Energy Georgia 2009-cu ildə 400 min ton Azərbaycanın neft məhsulunu Gürcüstana satmağı planlaşdırır.

Gürcüstana 2007-ci ildə ixrac olunan 196 min tona nisbətdə 2008-ci ildə 400 min ton Azərbaycan neft məhsulları ixrac olunub.

Azərbaycanın neft məhsulları Gürcüstan bazarının 50-60 faizini təşkil edir. "Azərbaycanın dizel yanacağı bazarın 60 faizini, benzin isə 52-25 fazini təşkil edir", - Məmmədov bildirib.

SOCAR-ın tərkibinə daxil olan Azərbaycanın neft emalı zavodlarında (NEZ) neft emalının ümumi həcmi ötən ilin analoji dövründəki 3,06 milyon tona nisbətdə bu ilin yanvar-may aylarında 2,5 milyon ton təşkil edib.

2008-ci ildə NEZ 7,35 milyon ton neft emal edib.

Azərbaycanda neft məhsulları Bakının iki NEZ-də istehsal olunur. Onların ümumi gücü ildə 20 milyon ton neft təşkil edir. Hər iki NEZ şəxsi vəsaiti hesabına quru və dəniz yataqlarında hasil olunan neftin hər il yeddi milyon tonunu emal edən SOCAR-ın tərkibinə daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti