...

ARDNŞ-nin tərkibində "Azərkimya" İstehsalat Birliyi yaradılıb

Energetika Materials 29 Aprel 2010 19:25 (UTC +04:00)
Keçmiş "Azərkimya" Dövlət Şirkəti İstehsalat Birliyi qismində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tabeçiliyinə verilib. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında deyilir.
ARDNŞ-nin tərkibində "Azərkimya" İstehsalat Birliyi yaradılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Keçmiş "Azərkimya" Dövlət Şirkəti İstehsalat Birliyi qismində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tabeçiliyinə verilib. Bu barədə ARDNŞ-nin cümə axşamı yayılan məlumatında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmana əsasən ARDNŞ tərkibində "Azərkimya" İstehsalat Birliyinin təsis olunması haqqında qərar qəbul edilib.

Aprelin 28-də isə ARDNŞ-nin 58 saylı daxili əmrinə əsasən, "Azərkimya" İstehsalat Birliyinin strukturu müəyyən edilib.

Şirkət prezidenti Rövnəq Abdullayevin imzaladığı sənəddə göstərilir ki, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş "Azərkimya" Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun, Üzvi Sintez Zavodunun, Sumqayıt Mexaniki-Təmir Zavodunun və "Azərkimya" Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq "Azərkimya" İstehsalat Birliyinin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi "Səthi Aktiv Maddələr", "Üzvi sintez", "Mexaniki Təmir" zavodları və "Kimyaelmitədqiqatlayihə" İnstitutu yaradılıb.

Əmrə əsasən, "Sintezkauçuk Zavodu" və "Etilen-Polietilen Zavodu"nun maddi-texniki bazasında "Etilen-Polietilen" zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "Azərkimya" İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa, əmrdə "Azərkimya" İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti