...

Azərbaycanın neft-qaz sənayesində peyk texnologiyalarının təqdimatı keçirilib

Energetika Materials 20 Noyabr 2012 14:42 (UTC +04:00)
Trend İdarənin saytına istinadən məlumat verir ki, görüş zamanı qonaqlara Ekologiya İdarəsinin fəaliyyəti və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verilib. Sonra qonaqlar “Azərkosmos” ASC-nin peyk texnologiyalarının tətbiqi ilə məlumatların yüksək dəqiqliklə alınması, onların emalı, müxtəlif sahələrdə effektiv tətbiqi və gələcəkdə bu istiqamətdə nəzərdə tutulmuş layihələr barədə informasiya veriblər.
Azərbaycanın neft-qaz sənayesində peyk texnologiyalarının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Ekologiya İdarəsində "Azərkosmos" ASC-nin nümayəndələri ilə görüş keçirilib.

Trend İdarənin saytına istinadən məlumat verir ki, görüş zamanı qonaqlara Ekologiya İdarəsinin fəaliyyəti və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verilib. Sonra qonaqlar "Azərkosmos" ASC-nin peyk texnologiyalarının tətbiqi ilə məlumatların yüksək dəqiqliklə alınması, onların emalı, müxtəlif sahələrdə effektiv tətbiqi və gələcəkdə bu istiqamətdə nəzərdə tutulmuş layihələr barədə informasiya veriblər.

Qeyd olunub ki, "Azərkosmos" ASC hazırda iki əsas layihənin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bunlar, "Kommunikasiya peyk layihəsi" və "Məsafədən zondlama layihəsi"dir.

Görüşdə "Azərkosmos" ASC-nin nümayəndəsi peyk texnologiyalarının neft-qaz sənayesində, o cümlədən ekoloji məsələlərin həlli istiqamətində tətbiqi barədə geniş təqdimatla çıxış edərək, bu sistemin istifadəsi üçün texniki vasitələr, proqram təminatı, zəruri informasiyalar və kosmik məlumatların qəbuledici kompleksinin funksional imkanları ilə görüş iştirakçılarını tanış edib.

Sonda görüş iştirakçıları ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji məsələlərin effektiv idarə olunması üçün peyk texnologiyalarının tətbiq imkanları barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti