...

"Etilen-polietilən" zavodunda iki yeni qurğu istismara verilib (FOTO)

Energetika Materials 21 May 2013 17:35 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Sumqayıtda yerləşən "Etilen-polietilən" zavodunda iki yeni qurğu istismara verilib.
"Etilen-polietilən" zavodunda iki yeni qurğu istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Sumqayıtda yerləşən "Etilen-polietilən" zavodunda iki yeni qurğu istismara verilib.

Trend-in məlumatına görə, zavodda suyun soyudulması kompleksi (soyutma sürəti saatda 21 min kubmetr) və azot-oksigen qurğusu istismara verilib.

Qurğuların istismara verilməsi mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və Dövlət Neft Şirkətinin digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti