...

ARDNŞ Xəzərdə yeni dəniz obyekti inşa edir

Energetika Materials 14 Aprel 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "Bulla-dəniz" yatağındakı yeni özülün inşasını bu ilin sonunadək başa çatdıra bilər. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

ARDNŞ "Bulla-dəniz" yatağında 2013-cü il avqustun 17-də qəza nəticəsində yanğının baş verdiyi köhnə özülün yerləşdiyi zonada yeni özül tikir. Köhnə özüldə yanğın söndürülüb və ötən il oktyabrın 25-də o, qaz-nəqliyyat sisteminə birləşdirilib.

Mənbə bildirib: "Yeni özülün tikintisi üzrə işlər çox ehtimal ki, bu ilin sonunadək başa çatacaq, lakin dəqiq vaxt demək hələlik çətindir".

122 saylı stasionar dəniz özülü ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək. Özüldən sutkada 450 ton kondensat və 2 milyon 400 min kubmetr qaz hasil ediləcəyi planlaşdırılır. Özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti