...

Almaniyanın RWE şirkəti Polşa vasitəsilə Ukraynaya qazın revers nəqlinə başlayıb

Energetika Materials 15 Aprel 2014 14:57 (UTC +04:00)
Almaniyanın RWE şirkəti Polşadan Ukraynaya qazın revers nəqlinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Almaniyanın qaz şirkətinə istinadən xəbər yayıb.
Almaniyanın RWE şirkəti Polşa vasitəsilə Ukraynaya qazın revers nəqlinə başlayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Almaniyanın RWE şirkəti Polşadan Ukraynaya qazın revers nəqlinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Almaniyanın qaz şirkətinə istinadən xəbər yayıb.

Bu gündən başlanan revers nəql Polşa ərazisindən keçir. Bu nəql 2012-ci ilin mayında "Naftoqaz"la RWE Supply & Trading arasında imzalanan beşillik çərçivə sazişi əsasında həyata keçiriləcək.

Müqaviləyə əsasən, ixrac həcmləri bir ildə 10 milyard kubmetrə qədər çata bilər. Məlumatda qeyd olunur ki, Ukraynaya qazın nəqli nəqliyyat xərcləri də daxil olmaqla "Avropada qazın topdansatış qiymətinə" əsaslanır.

RWE hesab edir ki, Əgər Ukrayna-Slovakiya sərhədindəki müxtəlif nəqliyyat qadağaları yaxın bir neçə həftə və ya aylar ərzində siyasi və texniki cəhətdən həll olunarsa, gələcəkdə Ukraynaya xeyli həcmdə qaz nəql edilə bilər.

2013-cü ildə RWE Supply & Trading artıq Ukraynaya bir milyard kubmetrə yaxın qaz ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti