...

Bakı NEZ-in katalitik krekinq qurğusunun təmiri davam edir

Energetika Materials 16 Aprel 2014 16:37 (UTC +04:00)
Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) katalitik krekinq üzrə 5 nömrəli istehsalat sahəsinin 55 nömrəli qurğusunda əsaslı təmir işləri aparılır. Qurğunun 100 saylı hidrotəmizləmə bölməsində təmir işləri artıq başa çatıb.
Bakı NEZ-in katalitik krekinq qurğusunun təmiri davam edir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) katalitik krekinq üzrə 5 nömrəli istehsalat sahəsinin 55 nömrəli qurğusunda əsaslı təmir işləri aparılır. Qurğunun 100 saylı hidrotəmizləmə bölməsində təmir işləri artıq başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, əsaslı təmir zamanı Hidrogen kompressorunun istismarı dövründə qüsurlar yaranmış silindrlər yeniləri ilə əvəz olunub, PK-102/2-də yağ soyuducusu dəyişdirilib. İD-101/1.4 istidəyişdiricilərində 4 ədəd boru dəsti çöküntülərdən təmizlənərək hidravlik sınaqdan keçirilib. Bölmənin məşəl sisteminin bütün boru xətləri yenilənib, ən əsası isə bölmənin individual istismarı məqsədilə 100-cü və 200-cü bölmələrin məşəl sistemi bir-birindən ayrılıb. Katalitik riforminq qurğusu ilə texnoloji əlaqə yaratmaq üçün 100-cü bölmə aprelin 12-də istismara buraxılıb.

Katalitik krekinq qurğusunda təmir işləri qrafikə uyğun olaraq davam etdirilir. Hazırda qurğunun 200-cü bölməsində R-201 reaktorunun daxilində paylayıcı şəbəkə, buxar paylayıcıları və kaskad "boşqab"ları dəyişdirilir. Kokslaşmış və regenerasiya olunmuş katalizatorların nəqliyyat xətlərinin dəyişdirilməsi üçün İtaliyanın FLEXİDER şirkəti nümayəndələrinin iştirakı ilə hazırlıq işlərinə başlanılıb. R-201 reaktorunun günbəz hissəsində koks yığılmasının qarşısını almaq məqsədilə layihə əsasında buxar paylayıcısının quraşdırılması nəzərdə tutulur.

Bundan başqa, R-202 regeneratorunda havapaylayıcılar və siklonlar, habelə, yüksək təzyiqli məşəl xəttinin qurğu ərazisindəki qüsurlu hissələri dəyişdirilir, yeni quraşdırılmış xətlə əlaqələndirilmə istiqamətində iş aparılır. Layihə əsasında HS-201/10-un, SD-201/3-ün quraşdırılması, qeyri-stabil benzinin K-303 /1 suvarma kimi verilməsi işləri də davam etdirilir.

Katalitik krekinq qurğusunun stabil işinin təmin olunması məqsədi ilə bütün zəruri təmir tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti