...

Azərbaycanda sutkalıq qaz istehlakı təxminən 10 milyon kubmetr azalıb

Energetika Materials 22 Aprel 2014 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/

Aprelin 22-nə olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 9,2 milyon kubmetr təşkil edir. Martın 27-də bu göstərici 19,1 milyon kubmetr olub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Məlumata əsasən, ölkədə hava şəraitinin yaxşılaşması fonunda aprelin 22-də Bakıda qaz istehlakının sutkalıq həcmi 5,6 milyon kubmetr təşkil edir.

İB-dən bildiriblər ki, digər regionlar üzrə verilən qazın sutkalıq həcmi təqribən 3,6 milyon kubmetrdir.

2014-cü il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abonentlərinin sayı 1,685 milyon olub. Qaz abonentlərinin ümumi sayından 713 456 abonent paytaxtın, yerdə qalan hissə isə ölkə regionlarının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti