...

Natiq Əliyev: Xəzər regionunun karbohidrogen ehtiyatları 2035-ci ilədək ikiqat artacaq

Energetika Materials 23 Aprel 2014 11:03 (UTC +04:00)
İstehlak həcmlərinin artması və enerji resursları mənbələrinin şaxələndirilməsi zərurəti fonunda Xəzər regionu Avropaya qaz ixracı mənbələrinin etbarlı mənbəyi olacaq.
Natiq Əliyev: Xəzər regionunun karbohidrogen ehtiyatları 2035-ci ilədək ikiqat artacaq

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir E.İsmayılov/

İstehlak həcmlərinin artması və enerji resursları mənbələrinin şaxələndirilməsi zərurəti fonunda Xəzər regionu Avropaya qaz ixracı mənbələrinin etbarlı mənbəyi olacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev çərşənbə günü birinci beynəlxalq "Caspian Energy" forumunda bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan başlayan və İtaliyayadək uzanan Xəzər regionu ilə Avropa arasında enerji dəhlizinin formalaşması prosesi gedir.

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Avropa bazarlarına qaz ixracının təmin etmək üçün 50 milyard dollar vəsait tələb olunur.

N.Əliyevin sözlərinə görə, Avropadan fərqli olaraq Xəzər regionu nisbətən kiçik istehlak tələbləri ilə güclü enerji potensialına malikdir.

Nazir bildirib ki, habelə regionunun sübut edilmiş neft ehtiyatları təqribən 3,5-4 faiz, sübut edilmiş qaz ehtiyatları isə 7-11 faiz təşkil edir. Proqnozlara görə, 2035-ci ilədək yeni yataqların kəşf edilməsi perspektivləri nəzərə alınmaqla Xəzər regionunun karbohidrogen ehtiyatları ikiqat artacaq.

N.Əliyev onu da qeyd edib ki, Azərbaycan energetika sahəsində böyük nəticələr əldə edib və öz enerji təhlükəsizliyini tam təmin edib. O cümlədən, son illər ərzində neft hasilatının həcmi 43-50 milyon tona, qaz hasilatı təxminən 30 milyard kubmetrə, elektrik enerjisinin istehsalı isə 30 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti