...

Səfir: ABŞ "Şahdəniz" layihəsinin gələcək inkişafı üçün Azərbaycanla işi davam etdirəcək

Energetika Materials 23 Aprel 2014 12:24 (UTC +04:00)
Azərbaycan postsovet məkanında kiminsə nəzarəti altında olmayan və 20 il ərzində müstəqilliyini qoruyub saxlayan az sayda ölkələrdən biridir.
Səfir: ABŞ "Şahdəniz" layihəsinin gələcək inkişafı üçün Azərbaycanla işi davam etdirəcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan postsovet məkanında kiminsə nəzarəti altında olmayan və 20 il ərzində müstəqilliyini qoruyub saxlayan az sayda ölkələrdən biridir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar I Beynəlxalq Xəzər Enerji Forumunda bildirib.

Səfir deyib: "Azərbaycanın enerji resursları daim mühüm olub, lakin bu gün onların əhəmiyyəti son aylar Ukrayna və Rusiyada cərəyan edən hadisələr fonunda artıb. Bakı-Tbilisi-Ceyhan kimi iri enerji layihələrinin uğurları beynəlxalq əməkdaşlığın nəticəsi olub".

Onun sözlərinə görə, Azərbaycanda hasil olunan neft və qazın birbaşa ABŞ-a ixrac olunmadığına baxmayaraq, Birləşmiş Ştatların regionda öz maraqları var: "Belə maraqlar sırasına Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi və enerji resurslarının ixracı mənbələrinin şaxələndirilməsi daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti