...

ARDNŞ: Azərbaycan AÇG blokundan 175 mln tonadək mənfəət nefti satıb

Energetika Materials 23 Aprel 2014 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqları blokundan 175 mln tonadək mənfəət nefti satıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-prezidenti Xoşbəxt Yusifzadə I Beynəlxalq Xəzər Enerji Forumunda bildirib.

O deyib: "Bu il aprelin 1-nə olan məlumata görə, dünya bazarında Azərbaycanın payından 175 mln tonadək mənfəət neft satılıb. Mənfəət neftinin həcmi ildən-ilə artır. Təkcə 2013-cü ildə AÇG-də hasil olunan mənfəət neftinin ümumi həcmindən Azərbaycanın payına 22,5 milyon və ya 68,8 faiz düşüb".

ARDNŞ-in vitse-prezidenti əlavə edib ki, ölkədə neft və qaz hasilatının artımı əsas etibarilə "Azəri-Çıraq-Günəşli" yataqlarının və "Şahdəniz" yatağının hesabına təmin olunur: "AÇG-nin dərin hissəsindəki 77 hasilat quyusundan ayda orta hesabla 2,8 milyon tona qədər neft və 1,1 milyard kubmetr qaz hasil olunur. AÇG-də hasilata başlanandan cəmi 331 milyon ton neft və 94 milyard kubmetr qaz hasil olunub. Artıq 15 ildir ki, bu layihənin iştirakçısı kimi mənfəət əldə edirik".

AÇG bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. AÇG-də iştirak payları: BP - operator (35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti