...

Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqləyib

Energetika Materials 23 Aprel 2014 15:23 (UTC +04:00)
Azərbaycan Trans-Xəzər qaz kəməri layihəsinin reallaşacağı halda öz tranzit imkanlarını təqdim etməyə həmişə hazırdır.
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqləyib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Trans-Xəzər qaz kəməri layihəsinin reallaşacağı halda öz tranzit imkanlarını təqdim etməyə həmişə hazırdır. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Trans-Xəzər qaz kəməri layihəsi Türkmənistan-Avropa İttifaqı (Aİ) danışıqlarının mövzusudur.

Tranzit ölkə kimi Azərbaycan iki tərəf (Türkmənistan və Aİ) arasında razılaşma olacağı halda dəfələrlə öz tranzit imkanlarını təqdim etməyə hazır olduğunu bildirib.

Azərbaycan sahillərinə Xəzərin dibi ilə 300 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi layihəsi Türkmənistan enerji resurslarının Avropa bazarlarına çatdırılması üçün optimal hesab edilir. Bundan sonra Türkmənistanın karbohidrogenləri Avropa ölkələri ilə həmsərhəd olan Türkiyəyə daxil ola bilər.

Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Aİ arasında Trans-Xəzər qaz kəməri üzrə danışıqlar 2011-ci ilin sentyabrından başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti