...

"SOCAR Polimer" şirkətinin nizamnamə kapitalı artırılıb

Energetika Materials 23 Aprel 2014 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda polimer istehsalının inkişafı çərçivəsində yaradılmış "SOCAR Polimer" şirkətinin nizamnamə kapitalı 51-dən 100 milyon manatadək artırılıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, müəssisənin nizamnamə kapitalının artırılması çərçivəsində ARDNŞ tərkibi formalaşdırılmış digər səhmdarlar kimi 25,5 milyon manat ayırıb.

Zavodun 100 faizlik təsisçisi olan ARDNŞ özəl şirkətlərə nizamnamə kapitalının 49 faizini (51 milyon manat) satmağı planlaşdırırdı.

ARDNŞ-nin Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polimer" zavodunun tikintisinin maliyyyələşdirilməsi üçün yerli qiymətli kağızlar bazarında istiqrazların buraxılması planlaşdırılırdı.

S.Qasımov deyib ki, qiymətli kağızlar bu il buraxıla bilər.

İstiqrazların buraxılması həcminə gəlincə, o, qeyd edib ki, ilkin olaraq bunun 100 milyon manat həcmində olması planlaşdırılıb: "Layihənin ümumi dəyəri isə 480 milyon manatdır".

Yeni güclərin tikintisinin konfiqurasiyası bazarın tələbatı ilə müəyyənləşir. S.Qasımovun fikrincə, bu layihə çərçivəsində maliyyə göstəriciləri təqribən əvvəl planlaşdırılmış səviyyədə ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti