...

"Şahdəniz-2" çərçivəsində avadanlıqlarıın bir qismi Azərbaycanda istehsal olunacaq

Energetika Materials 23 Aprel 2014 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində bütün tikinti işləri Azərbaycanda həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, "Şahdəniz" layihəsi çərçivəsində bütün əsas müqavilələr bağlanıb və müqavilə çərçivəsində işlərin böyük hissəsi ölkədə görüləcək.

R.Abdullayev qeyd edib ki, avadanlıqların bir hissəsi isə xaricdən gətiriləcək: "Hazırda hansı avadanlıqları Azərbaycanda istehsal etməyin mümkünlüyü məsələsi nəzərdən keçirilir".

Qeyd edək ki, təsdiq edilmiş ehtiyatı 1,2 trilyon kubmetr olan "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti