...

Taner Yıldız: Rusiyaya "Cənub axını" üçün yeni marşrut maraqlı deyil

Energetika Materials 24 Aprel 2014 15:43 (UTC +04:00)
Rusiya "Cənub axını" qaz kəmərinin çəkilişi marşrutunu dəyişdirmək niyyətində deyil.
Taner Yıldız: Rusiyaya "Cənub axını" üçün yeni marşrut maraqlı deyil

Azərbayacn, Bakı, 24 aprel /Trend, müxbir R.Hafizoğlu/

Rusiya "Cənub axını" qaz kəmərinin çəkilişi marşrutunu dəyişdirmək niyyətində deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya "Cənub axını" üçün Qara dənizin dibi ilə çəkilməyəcək yeni marşrutla bağlı müzakirələr aparıblar.

Nazir qeyd edib ki, Türkiyə tərəfi gələcəkdə bu məsələni Avropaya ən iri qaz ixracatçısı olan Rusiyanın "Qazprom" şirkətinin rəhbərliyi ilə müzakirə etmək niyyətindədir: "Ukraynadakı böhran Türkiyə-Rusiya iqtisadi əlaqələrinə heç bir təsir göstərməyəcək, çünki Ankara və Moskva strateji tərəfdaşdırlar".

63 milyard kubmetr gücə malik "Cənub axını" qaz kəməri təbii qaz ixracı marşrutlarının şaxələndirilməsi üçün Ukraynadan yan keçərək Qara dəniz akvatoriyası vasitəsilə Cənubi və Mərkəzi Avropa ölkələrinə keçəcək. 2015-ci ilin sonlarında "Cənub axını" ilə ilk qaz ixrac olunacaq. Qaz kəməri tam layihə gücünə 2018-ci ildə çıxacaq.

Layihənin iştirakçıları: "Qazprom" - 50 faiz, İtaliyanın "Eni" şirkəti - 20 faiz, "Wintershall" və Fransanın EDF şirkəti - hər biri 15 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti