...

Azərbaycanın Baş naziri növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Energetika Materials 24 Aprel 2014 18:35 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycanın Baş naziri növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir A.Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti