...

ARDNŞ-nin borc öhdəliklərinin ümumi həcmi 6 milyard dolları ötüb

Energetika Materials 9 İyul 2014 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Emil İsmayılov/

2013-cü ilin yekunlarına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) kreditor borclarının ümumi həcmi 2012-ci ildəki 5,14 milyard manata nisbətdə 5,6 milyard manat olub.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında dərc edilmiş ARDNŞ-nin ötən il üzrə maliyyə fəaliyyəti haqqında birləşdirilmiş hesabatda deyilir. Hesabatın auditi "Ernst&Young" şirkəti tərəfindən aparılıb.

Hesabatda qeyd edildiyi kimi, Dövlət Neft Şirkətinin borclarının ümumi həcmindən qısamüddətli borc öhdəliklərinin və uzunmüddətli borc öhdəliklərinin cari hissəsinin payına 1,87 milyard manata nisbətdə (2012-ci il dekabrın 31-nə olan məlumata görə) 1,55 milyard manat düşüb.

Hesabatda göstərilir ki, ARDNŞ-in uzunmüddətli borc öhdəliklərinin həcmi ötən ilin yekunlarına görə 3,52 milyard manat (cari hissə 464 milyon manat) olub. 2012-ci ildə bu rəqəm 2,62 milyard manat (cari hissə 569 milyon manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti