...

Azərbaycanda enerji təchizatı müəssisələrinin nümayəndələrinə tələblər artıb

Energetika Materials 22 İyul 2014 17:41 (UTC +04:00)
Azərbaycanda enerji təchizatı müəssisələrinin hesablaşma elektrik sayğacına baxış keçirən nümayəndələrinə tələblər artırılıb.
Azərbaycanda enerji təchizatı müəssisələrinin nümayəndələrinə tələblər artıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda enerji təchizatı müəssisələrinin hesablaşma elektrik sayğacına baxış keçirən nümayəndələrinə tələblər artırılıb.

Trend-in məlumatına görə, həmin tələblər ölkənin Nazirlər Kabinetinin "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərarı ilə artırılıb.

NK-nin qərarına əsasən, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı, baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti