...

Ukraynada SOCAR brendi ilə daha bir YDM istifadəyə verilib

Energetika Materials 22 İyul 2014 20:02 (UTC +04:00)
Ukraynanın Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli daha bir yanacaqdoldurma məntəqəsi açılıb.
Ukraynada SOCAR brendi ilə daha bir YDM istifadəyə verilib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Ukraynanın Çerkassk vilayətində SOCAR brendi ilə premium-klass tipli daha bir yanacaqdoldurma məntəqəsi açılıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, Uman şəhərinin girişində "Sofiyevka" dendrologiya parkının qarşısında yerləşən YDM SOCAR-ın Çerkassk vilayətində sayca altıncı məntəqəsidir. Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 TM "Nano" benzinləri və TM "Nano" dizel yanacağı təklif olunur.

YDM ərazisində iki yanacaqpaylama qurğusu, kafe və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər də göstərilir. Avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet kimi xidmətlər pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti