...

ARDNŞ I yarımillikdə neft hasilatını artırıb

Energetika Materials 23 İyul 2014 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin ilk 6 ayında ölkənin ofşor və onşor yataqlarından təqribən 4,2 milyon ton neft hasil edib. Bu göstərici ötən ilin analoji dövründə təqribən 4,15 milyon ton olub. Bu barədə Trend çərşənbə günü ARDNŞ-nin yaydığı məlumata istinadən xəbər verir.

ARDNŞ 2013-cü ildə 8,31 milyon tondan çox, 2012-ci ildə isə 8,24 milyon ton neft hasil edib.

ARDNŞ-nin məlumatına görə, Azərbaycanda yanvar-iyun aylarında ümumilikdə 21,7 milyon ton neft hasil olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 22 milyon ton olub.

Ümumilikdə 2013-cü ildə Azərbaycanda 43,48 milyon neft hasil edilib. 2012-ci ildə bu göstərici 43 milyon ton idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti