...

ARDNŞ ilin I yarısında qaz hasilatı həcmlərini açıqlayıb

Energetika Materials 23 İyul 2014 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-iyun aylarında 3,82 milyard kubmetr qaz hasil edib. Bu göstərici ötən ilin analoji dövründə 3,6 milyard kubmetrə yaxın olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

ARDNŞ 2013-cü ildə təqribən 7,31 milyard kubmetr, 2012-ci ildə isə 7,46 milyard kubmetr qaz hasil edib.

Şirkətin məlumatına görə, Azərbaycanda yanvar-iyun aylarında ümumilikdə 15,4 milyard kubmetr qaz hasil olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 15,76 milyard kubmetr olub.

Ümumilikdə 2013-cü ildə Azərbaycanda 30,78 milyard kubmetr qaz hasil edilib. 2012-ci ildə bu göstərici 29 milyard kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti