...

ARDNF Azərbaycanda yeni üzən qazma qurğusunun tikintisinə 300 milyon dollardan çox vəsait ayırıb

Energetika Materials 24 İyul 2014 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Emil İsmayılov/

2014-cü il iyunun 30-na olan vəziyyətə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) yeni nəsil üzən qazma qurğusunun tikintisinə 236,44 milyon manat ayrılıb.

Trend-in ARDNF-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda yeni nəsil üzən qazma üzmə qurğusunun tikintisi layihəsi 1 116,7 milyon dollar təşkil edir.

ARDNF-nin yeni platformanın tikintisi üçün yaradılmış "Azerbaijan Rigs" MMC-də iştirak payı 90 faizdir, qalan 10 faiz ARDNŞ-yə məxsusdur.

2013-cü ildə Fond adıçəkilən layihənin reallaşdırılmasına 169,14 milyon manat ayırıb, 2014-cü ilin I yarısında isə bu göstərici 67,3 milyon manat təşkil edib.

Qurğunun tikintisinin 2016-cı ildə başa çatdırılacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti