...

"Günəşli" yatağındakı 49 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Energetika Materials 25 İyul 2014 14:16 (UTC +04:00)
Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6-cı özüldən 49 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli" yatağındakı 49 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 6-cı özüldən 49 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyuda Qirməki Altı Lay dəstəsindən 3730-3709 metr intervaldan təkrar və əlavə süzgəclər açılıb. Quyu fontan üsulu ilə gündəlik 100 min kubmetr qaz və 15 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti