...

Azərbaycan neftinin qiymətləri: 21-25 iyul həftəsinin yekunları

Energetika Materials 26 İyul 2014 14:20 (UTC +04:00)
Ötən həftə - 21-25 iyul tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 109,16 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,48 dollar çoxdur.
Azərbaycan neftinin qiymətləri: 21-25 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 21-25 iyul tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 109,16 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,48 dollar çoxdur.

Trend-in məlumatına görə, 21-25 iyul həftəsində AZERI LT-nin qiyməti maksimum 109,77, minimum isə 108,68 dollar/barel təşkil edib.

21-25 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 104,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 0,93 dollar çoxdur.

Ötən həftə URALS-ın qiyməti maksimum 105,09, minimum isə 103,41 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

21-25 iyul həftəsində "Brent Dated" növünün orta qiyməti 106,1 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 1 dollar çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 106,75 dollar, minimum isə 105,25 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti