...

Azərbaycanda benzinin dəyərində dəyişiklik dünyada neftin qiymətlərinin artması ilə bağlıdır (ƏLAVƏ OLUNUB)

Energetika Materials 6 Avqust 2014 10:57 (UTC +04:00)
"Premium" (Aİ-95) və "Super" (Aİ-98) benzin markalarının qiymətlərində istənilən dəyişiklik dünya bazarlarında neft və neft məhsullarının qiymətlərindəki tərəddüdlərlə bağlıdır.
Azərbaycanda benzinin dəyərində dəyişiklik dünyada neftin qiymətlərinin artması ilə bağlıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Seymur Əliyev/

"Premium" (Aİ-95) və "Super" (Aİ-98) benzin markalarının qiymətlərində istənilən dəyişiklik dünya bazarlarında neft və neft məhsullarının qiymətlərindəki tərəddüdlərlə bağlıdır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın neft bazarındakı mənbə bildirib.

Qeyd edək ki, avqustun 6-da ölkənin bir sıra YDM-də "Premium" (Aİ-95) markalı benzinin qiyməti 0,93 manatdan 0,97 manatadək artıb.

Mənbə bildirib ki, beynəlxalq bazarlardakı istənilən dəyişiklik bu gün göstərilən markalardan olan benzinin son qiymətinə təsir edir.

Bir müddət əvvəl Azərbaycan Nazirlər Kabineti yüksək ekoloji standartlardakı benzin üzrə gömrük rüsumu və aksiz vergisinin dərəcələrini aşağı salıb ki, bu da "Premium Avro-95" və "Super Avrо-98" bezinlərinin aşağı qiymətlərlə idxalı və onların sərbəst qiymətlərlə satışı üçün imkan yaradıb.

Oktan sayı 93 olan benzinin idxalına başlandıqdan sonra bu markadan olan yanacağın 1 litrinin qiyməti 0,8 manatdan (ölkədə istehsal edilən Aİ-95 markalı benzinə Tarif Şurası tərəfindən təyin edilib) 0,93 manata qədər yüksəlib. Öz növbəsində oktan sayı 98 olan benzinin 1 litrinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb.

Aİ-95 və Aİ-98 markadan olan benzinlər ölkədə tələbatın ümumi həcminin təqribən 10 faizini təşkil edir və o, praktiki olaraq istehsal və xidmət sahəsində istifadə olunmur.

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) sonra Trend-ə verilən məlumata görə, şirkət daxili bazarda YDM sahiblərinə benzinin qiymətindəki dəyişikliklərlə bağlı heç bir tövsiyə verməyib, çünki bu, şirkətin səlahiyyətlərinə daxil deyil.

Digər tədarükçülərlə yanaşı, Azərbaycana benzin idxalını "SOCAR Petroleum" şirkəti də həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti