...

ARDNŞ dövlət büdcəsinə ödənişləri 20 faizdən çox artırıb

Energetika Materials 11 Avqust 2014 13:53 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin iyul ayında dövlət büdcəsinə daxiolmaları 21,5 faiz artıraraq 1,117 milyard manata çatdırıb.
ARDNŞ dövlət büdcəsinə ödənişləri 20 faizdən çox artırıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin iyul ayında dövlət büdcəsinə daxiolmaları 21,5 faiz artıraraq 1,117 milyard manata çatdırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin mətbuat xidməti xəbər yayıb.

2013-cü ilin analoji dövründə ARDNŞ büdcəyə 1,57 milyard manat vəsait ödəyib ki, bu da 2012-ci ilin göstəricisindən 149,41 milyon manat (10,48 faiz) çoxdur.

Bundan əlavə, 2014-cü ilin yanvar-iyul aylarında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 83,5 milyon manat vəsait köçürüb. Ümumilikdə ötən il ərzində şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 162,91 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin göstərisini 2,98 faiz üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti