...

"Şahdəniz" yatağında qaz hasilatı yüksək səviyyədədir

Energetika Materials 12 Avqust 2014 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Emil İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı qaz hasilatının orta sutkalıq həcmi 27 milyon kubmetri ötür. Bunu çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə deyib.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Mənbənin sözlərinə görə, hazıra yataqda qaz hasilatı 5 quyuda aparılır: "Yataqda qaz hasilatının həcmi yüksəkdir və bu, sutkada 27,3-27,4 milyon kubmetr səviyyəsindədir".

Cari ilin I rübündə yataqda qaz hasilatının orta sutkalıq həcmi 26 milyon kubmetr, orta sutkalıq kondensat hasilatının həcmi isə 49,33 min barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti