...

ARDNŞ magistral qaz kəmərlərinin birində yenidənqurma işləri aparır

Energetika Materials 12 Avqust 2014 18:04 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 1-ci xəttində yenidənqurma işlərini davam etdirir.
ARDNŞ magistral qaz kəmərlərinin birində yenidənqurma işləri aparır

Azərbaycan, Bakı, 12 avqust/Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 1-ci xəttində yenidənqurma işlərini davam etdirir.

Trend-in çərşənbə axşamı ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, ilkin mərhələdə kəmərin 114-138 kilometrlik hissəsində, Göyçay rayonu ərazisində işlər artıq başa çatmaq üzrədir.

Hazırda magistral kəmərin Göyçay, Ağdaş və Yevlax rayonları ərazisindən keçən 138-148 və 170-210 kilometrlik hissələrində yenidənqurma işləri aparılır. Layihənin icrasında əsas məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə - Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonlarına təbii qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdir.

Boru kəmərinin ümumi uzunluğu 210 kilometrdir. Tikinti-quraşdırma işlərinin 4 il ərzində tam başa çatdırılması nəzərdə tutulur.

İşlər "Neftqaztikinti" Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. Boruların qaynaq prosesində Trestin balansında olan müasir tipli avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə edilir. Qaynaq işlərində yeni texnologiyaların tətbiqi neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasına, qaynaq birləşmələrinin mexaniki xassələrinin stabil və keyfiyyətli olmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti