...

Novorossiysk limanı neft daşımalarını 16 faizdən çox azaldıb

Energetika Materials 19 Avqust 2014 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-iyul aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı vasitəsilə 45,87 milyon ton neft daşınıb. 2013-cü ilin yanvar-iyulunda bu göstərici 54,72 milyon ton olub. Bu barədə Trend limanın rəsmi saytına istinadən məlumat verir.

Novorossiysk limanından bu dövrdə təqribən 17,1 milyon ton neft məhsulları daşınıb. Ötən ilin analoji dövründə bu göstərici təqribən 15 milyon ton olub.

Ümumilikdə yanvar-aprel aylarında liman vasitəsilə 79,74 milyon ton müxtəlif yüklər daşınıb. 2013-cü ilin analoji dövründə bu göstərici 83,28 milyon ton olub.

2013-cü ildə Novorosiysk limanından 2012-ci ildəki təxminən 110,83 milyon tona qarşı 91,74 milyon tona yaxın neft daşınıb. Keçən il liman vasitəsilə 2012-ci ildəki 19,4 milyon tona qarşı 24,2 milyon ton neft məhsulları daşınıb. Ötən il ərzində limandan 2012-ci ildəki 159 milyon tona nisbətdə 141 milyon tona yaxın müxtəlif yüklər daşınıb.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir.

Novorossiysk limanının yükdaşımaları üzrə ümumi cədvəli:

Yanvar-iyul, 2014-cü il

Yanvar-iyul, 2013-cü il

Fərq

Ümumi yük dövriyyəsi, cəmi

79 742,3

83 278,2

-3 535,9

-4,2%

Maye yüklər (cəmi)

63 591,9

70 161,0

-6 569,1

-9,4%

Xam neft

45 872,2

54 720,1

-8 847,9

-16,2%

Neft məhsulları

17 098,8

14 975,9

2 122,9

14,2%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti