...

"Palçıq Pilpiləsi" yatağında meydançalararası yeni yüksək təzyiqli qazlift xətləri çəkilir

Energetika Materials 22 Avqust 2014 19:27 (UTC +04:00)
“Palçıq Pilpiləsi” yatağında 1047-1183 saylı meydançalararası yeni yüksək təzyiqli qazlift xətləri çəkilir.
"Palçıq Pilpiləsi" yatağında meydançalararası yeni yüksək təzyiqli qazlift xətləri çəkilir

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Palçıq Pilpiləsi" yatağında 1047-1183 saylı meydançalararası yeni yüksək təzyiqli qazlift xətləri çəkilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, işlər "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Neftqaztikinti" Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. Qaz təminatının fasiləsizliyini, eləcə də hasilatın artırılması və onun sualtı boru kəmərləri vasitəsi ilə təhlükəsiz nəqlini təmin etmək məqsədi ilə indiyədək 1070 metr uzunluğunda müxtəlif diametrli boru kəmərləri dənizə nəql olunaraq quraşdırılıb.

Hər iki özüldə dik boruların mövcud sistemlə əlaqələndirilməsi nəzərdə tutulur.

Tikinti işlərinin ilin sonuna kimi tam başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti