...

SOCAR Rumıniyada yanacaqdoldruma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırır

Energetika Materials 27 Avqust 2014 19:39 (UTC +04:00)
ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov “energynomics.ro” jurnalına müsahibə verib.
SOCAR Rumıniyada yanacaqdoldruma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırır

Azərbaycan, Bakı, 27 avqust /Trend/

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov "energynomics.ro" jurnalına müsahibə verib.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, o, müsahibəsində şirkətin Rumıniyada fəaliyyətinin müxtəlif aspektlərinə toxunaraq bildirib ki, ARDNŞ Rumıniyada öz işini bu ölkənin "Nəqliyyat infrastrukturunun inkişafı" Dövlət Proqramına əsaslanaraq qurur: "Rumıniyanın qlobal enerji təhlükəsizliyi baxımından ilk 10 ölkə arasında yer alması, yaxın illərdə ölkədə investisiya yatırımlarının artımının gözlənilməsi, 2013-cü ildə qeydə alınan müsbət iqtisadi nəticələr ARDNŞ-nin Rumıniyanın yerli bazarında fəaliyyətinin genişlənməsində həlledici amil rolunu oynayır".

H.Kərimov qeyd edib ki, hazırda şirkətin Rumıniyanın 11 dairəsi üzrə 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: "YDM şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir. Müştərilər "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirlər. Burada onların Azərbaycan mədəniyyəti, mətbəx ənənələri, turizmi ilə tanış olmaları üçün də geniş imkanlar yaradılıb. SOCAR-ın Rumıniya nümayəndəliyi iqtisadi və mədəni tədbirlərdə fəal iştirakı ilə Azərbaycan və Rumıniya arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdə davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti