...

ARDNŞ Gürcüstan abonentlərinin qazla təmin edilməsi proqramını genişləndirir

Energetika Materials 28 Avqust 2014 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin sonunadək ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) həyata keçirdiyi Gürcüstan regionlarının qazlaşdırılmasını əhatə edən proqram çərçivəsində yeni (potensial) abonentlərin sayı 210-215 minə çatacaq. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Gürcstan hökuməti ilə bağlanmış müqaviləyə uyğun olaraq, "SOCAR Georgia Gas" ("SOCAR Energy Georgia"nin törəmə şirkəti) ən azı 150 min yeni (potensial) abonenti qazlaşdırmalıdır və ölkədə qazlaşdırma prosesinə ən azı 40 milyon dollar sərmayə qoymalıdır. Hərçənd əvvəllər nəzərdə tutulmuş həcmdə investisiya yatırımlarının artırılması ilə əlaqədar qazlaşdırma proqramının müddəti uzadılıb.

Mənbənin sözlərinə görə, yaxın bir ay-ay yarım ərzində ARDNŞ və Gürcstan hökuməti saziş imzalayacaqlar. Həmin sazişə görə, proqramın əhatə etdiyi abonentlərin sayı 250 minədək artırılacaq.

Mənbə bildirib ki, bu göstərici sazişdə qeyd olunacaq, lakin proqramın əhatə etdiyi faktiki abonentlərin sayı 265-270 min nəfərə çatacaq.

Onun sözlərinə görə, gələn ilin yekunları üzrə qazlaşdırma proqramı çərçivəsində yeni abonentlərin sayı 235 minə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti