...

Türkiyə ərazisi ilə BTC üzrə neft nəqli 8 faiz artıb

Energetika Materials 1 Sentyabr 2014 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə 158,82 milyon barel neft nəql edilib. 2013-cü ilin eyni dövründə bu göstərici 147 milyon barel təşkil edib. Bu barədə Trend Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinə istinadən məlumat verir.

2013-cü ildə ümumilikdə Türkiyə ərazisi ilə BTC üzrə təqribən 249,62 milyon barel neft nəql edilib. 2012-ci ildə bu rəqəm 250,34 milyon barel təşkil edib.

2014-cü ilin yanvar-iyul aylarında Türkiyə ərazisi ilə İraq-Türkiyə boru kəməri üzrə təqribən 15 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu göstərici 53,69 milyon barel olub.

2013-cü ildə bu boru kəməri üzrə 91,88 milyon barel neft nəql edilib. 2012-ci ildə bu göstərici 145,63 milyon barel təşkil edib.

2014-cü ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Ceyhan-Qırıqqala boru kəməri üzrə 7,63 milyon barelə yaxın neft nəql olunub. Ötən ilin eyni dövründə bu göstərici 6,8 milyon barel olub.

2014-cü ilin yanvar-iyul aylarında Batman-Dördyol boru kəməri üzrə təqribən 76 milyon barel neft nəql olunub. Ötən ilin eyni dövründə bu rəqəm təqribən 6,8 milyon barel təşkil edib.

Ötən il Batman-Dördyol boru kəməri üzrə 11,57 milyon barel neft nəql olunub. 2012-ci ildə bu göstərici 11,25 milyon barel olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti