...

Qəbələ və Suraxanının qaz təchizatında fasilələr olacaq

Energetika Materials 2 Sentyabr 2014 10:26 (UTC +04:00)
Qəbələ və Suraxanı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Qəbələ və Suraxanının qaz təchizatında fasilələr olacaq

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Qəbələ və Suraxanı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 15:00-dək Suraxanı rayonunun bir hissəsinə, saat 17:00-dək isə Qəbələ şəhəri də daxil olmaq rayonun Zarağan, Daşlıca, Aydınqışlaq, Vəndam və Nohurqışlaq kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti