...

ARDNŞ Novorossiyskdən neft ixracını 1,7 dəfədən çox azaldıb

Energetika Materials 2 Sentyabr 2014 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk şimal boru kəməri üzrə 677,78 min ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 1,16 milyon ton təşkil edib. Bu barədə Trend çərşənbə axşamı ARDNŞ-yə istinadən məlumat verir.

ARDNŞ ötən ay Novorossiyskdən 84,76 min ton neft ixrac edib. 2013-cü ilin avqust ayında bu rəqəm 169,71 min ton təşkil edib.

ARDNŞ 2013-cü ildə Bakı-Novorossiysk şimal boru kəməri üzrə 1,75 milyon ton neft ixrac edib. 2012-ci ildə bu rəqəm 2,06 milyon tona bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti