...

Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqli artıb

Energetika Materials 15 Sentyabr 2014 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 23,6 milyon ton neft nəql edilib. 2013-cü ilin eyni dövründə bu rəqəm 22,1 milyon ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 2014-cü ilin 8 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, yanvar-avqust aylarında ölkənin magistral neft kəmərləri üzrə nəql edilmiş bütün neftin 3/4-ü BTC-nin payına düşüb.

2013-cü ildə BTC üzrə 33 milyon ton, 2012-ci ildə isə 32,9 milyon ton neft nəql edilmişdi.

DSK-nın məlumatına görə, hesabat dövründə ümumilikdə ölkənin magistral neft kəmərləri üzrə 31,2 milyon ton neft nəql edilib ki, bu da 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 7,7 faiz çoxdur.

Hesabata əsasən, yanvar-avqust aylarında Cənubi Qafqaz qaz kəməri üzrə (Bakı-Tbilisi-Ərzurum) 4,1 milyard kubmetr qaz tədarük edilib. 2013-cü ilin eyni dövründə bu göstərici 2,9 milyard kubmetr olub.

2013-cü ildə Cənubi Qafqaz qaz kəməri üzrə 4,7 milyard kubmetr, 2012-ci ildə isə 4 milyard kubmetr qaz nəql edilmişdi.

Yanvar-avqust aylarında ölkənin magistral qaz kəmərləri ilə 14,4 milyard qaz nəql olunub. Bu, ötən ilin analoji dövründəki rəqəmdən 9,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti