...

Azərbaycanda yeni ekoloji ölçmə məntəqəsi tikiləcək

Energetika Materials 15 Sentyabr 2014 18:29 (UTC +04:00)
Bakının Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində ARDNŞ-nin Ekologiya İdarəsinin “Lökbatan stasionar ekoloji ölçmə məntəqəsi”nin inşası nəzərdə tutulub.
Azərbaycanda yeni ekoloji ölçmə məntəqəsi tikiləcək

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bakının Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində ARDNŞ-nin Ekologiya İdarəsinin "Lökbatan stasionar ekoloji ölçmə məntəqəsi"nin inşası nəzərdə tutulub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə Şirkətin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Mövcud normalara uyğun tikiləcək məntəqədə sutkada 30 nəqliyyat vasitəsi müayinə olunacaq.

Məntəqənin inşa ediləcəyi ərazidə 100 kvadratmetrlik inzibati bina, yanğın siqnalizasiya sistemi, yeraltı içməli su anbarı, təsərrüfat avadanlıqlarının saxlanılması üçün anbar inşa ediləcək. Bundan başqa, hava şəraitindən asılı olmayaraq, nəqliyyat vasitələrinin ekoloji müayinələrinin aparılması üçün də şərait yaradılacaq.

Tikinti işləri zamanı əməyin mühafizəsi mövcud normalara uyğun qurulacaq, yeni texnika və qabaqcıl texnologiyalar tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti