...

Azərbaycan elektrik enerjisinin ixracını 20 faizdən çox azaldıb

Energetika Materials 15 Sentyabr 2014 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələri üzrə 395 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu göstərici ötən ilin eyni dövründə 499,52 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata görə, bu ilin 8 ayı ərzində Azərbaycan ötənilki 20,29 milyon dollara nisbətdə ümumi məbləği 19,26 milyon dollar olan elektrik enerjisi ixrac edib.

2013-cü ildə Azərbaycan gömrük bəyannamələri üzrə 24,85 milyon dollar dəyərində 595,67 milyon kilovat-saatdan çox elektrik enerjisi ixrac etmişdi. 2012-ci ildə isə bu göstərici müvafiq olaraq təqribən 24,76 milyon dollar və 482,7 milyon kilovat-saat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti