...

Azərbaycanda nafta istehsalı 25 faizdən çox artıb

Energetika Materials 16 Sentyabr 2014 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 806,9 min ton avtomobil yanacağı istehsal edilib. Trend-in Dövlət Statistika Komitəsinin 2014-cü ilin 8 ayının yekunu üzrə hesabatına istinadən verdiyi xəbərə görə, bu, keçən ilin analoji dövrünün göstəricisindən 13 faiz azdır.

Hazırda ölkədə avtomobil yanacağı istehlakının artması ilə əlaqədar ARDNŞ mövcud emal güclərinin modernləşdirilməsi üzrə işlər aparır.

Yanvar-avqust aylarında Azərbaycanda cəmi 3,1 milyon ton əsas neft məhsulu növləri istehsal edilib. Bu rəqəm ötən ilin analoji dövründə 3,43 milyon ton olub.

2013-cü ildə Azərbaycanda təqribən 1,41 milyon ton, 2012-ci ildə isə 1,3 milyon ton civarında avtomobil yanacağı istehsal olunub. Azərbaycanda ötən il cəmi 5,09 milyon ton həcmində neft məhsullarının əsas növləri istehsal edilib.

Azərbaycanda neft məhsullarının ümumi cədvəli:

Neft məhsullarının istehsalı

2014-cü ilin yanvar-avqust ayları (min ton)

2013-cü ilin yanvar-avqust aylarına nisbətdə (faizlə)

Аvtomobil benzini

806,9

87

Nafta

122,8

126,7

Ağ neft

451,1

94,2

Dizel yanacağı

1532,3

90,7

Sürtkü yağları

34,7

113,8

Neft bitumu

167,1

80,1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti