...

Qazaxıstan Azərbaycandan neft məhsulları almaq niyyətindədir (ƏLAVƏ OLUNUB-2)

Energetika Materials 16 Sentyabr 2014 17:05 (UTC +04:00)
Qazaxıstanın "KazMunayQaz" Milli Neft-Qaz Şirkəti daxili bazarda neft məhsulları qıtlığını aradan qaldırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yanacaq-sürtkü materiallarının (YSM) alınması üzrə danışıqlar aparır.
Qazaxıstan Azərbaycandan neft məhsulları almaq niyyətindədir (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:18-də yayılıb)

Qazaxıstan, Astana, 16 sentyabr /Trend, müxbir Daniyar Muxtarov/

Qazaxıstanın "KazMunayQaz" Milli Neft-Qaz Şirkəti daxili bazarda neft məhsulları qıtlığını aradan qaldırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yanacaq-sürtkü materiallarının (YSM) alınması üzrə danışıqlar aparır.

Trend-in məlumatəna görə, bunu bu gün Qazaxıstan energetika nazirinin birinci müavini Uzakbay Karabalin Astanada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qazaxıstan Rusiya və Türkmənistanla da YSM alınması haqqında danışıqlar aparır.

U.Karabalin bildirib ki, Qazaxıstan "KazMunayQaz"ın simasında təkcə Rusiya ilə deyil, həmçinin Azərbaycanın ARDNŞ, Türkmənistanın neft emalı zavodları ilə bazarda neft məhsullarının bütün kəsirini aradan qaldırmaq üçün danışıqlar aparır.

Nazir müavini qeyd edib ki, Rusiyada istehsal olunan neft məhsullarının bir hissəsi bu ildən Krıma göndərilir: "Beləliklə də Rusiya bazarında YSM ilə bağlı gərgin vəziyyət yaranıb və bu səbəbdən də onlar əvvəllər olduğu kimi başqa ölkələrə yanacaq-sürtkü materialları ixrac edə bilmirlər".

Onun sözlərinə görə, Qazaxıstanın başqa qonşu ölkələrə - Azərbaycan və Türkmənistana müraciət etməsinin daha bir səbəbi isə Qazaxıstanda və Rusiyada YSM-in qiymətlərindəki fərqdir: "Neft məhsullarının qiymətlərində ciddi fərqlər mövcuddur. Son vaxtlar bizdə Aİ-92 benzin markasının 1 litrinin qiyməti 128 təngə, Rusiyada isə təxminən 160 təngə ($1 = 182 təngə) təşkil edir. Dizel yanacağının bir litrinin qiyməti bizdə 115 təngə, Rusiyada isə 170 təngədir. Bu qiymət fərqi ilə Rusiyanın belə bahalı neft məhsullarını almaq çox az şirkətlər və şəxslər üçün mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti